Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa buraxılacaq

6-09-2020, 09:34   



Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.

Musavat.com xəbər verir ki, hər iki şəxsə avqustun 22-də 15 sutka müddətində cəza kəsilmişdi. Onlar cəza müddətləri başa çatdığı üçün azadlığa buraxılacaqlar. Qudaların səhər saatlarında azad ediləcəkləri gözlənilir.

Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.
İlham Əliyevin qudası Rövşən Mustafayev də həbs edilib - FOTO

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.

Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.
Bakı Xəbər - İctimai Siyasi Qəzet

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.

İlkin Muradov,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar