Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İşçisini zorladığı deyilən baş redaktorun yanmış qalıqlarının görüntüləri yayıldı

29-04-2014, 12:07   
İşçisini zorladığı deyilən baş redaktorun yanmış qalıqlarının görüntüləri yayıldı
İşçisini zorladığı iddia edilən “Mizan Tərəzi” qəzeti baş redaktorunun istintaq videosu yayılıb.

Mobil telefona çəkilmiş kadrlarda “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyitinin qalıqları əməliyyatçılar tərəfindən aşkarlanıb.

Kadrlardan belə bəlli olur ki, Sadiq Soltanov yandırıldıqdan sonra basdırılıb. Ehtimala görə, baş redaktorun meyidi yandırıldıqdan sonra tikilinin altında qalıb.

Kadrlardan görünür ki, redaktorun yanmış meyitinin qalıqları yerdən qazılaraq götürülür.

Xatırladaq ki. S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar