Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baş Prokurorluq Abşeron RİH-də xüsusi əməliyyat aparıldığı barədə xəbəri təsdiqlədi

22-06-2020, 12:59   

 

Baş Prokurorluğun Mətbuat xidmətindən virtualaz.org-a Abşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan xüsusi əməliyyat barədə məlumatı təsdiqləyiblər.

Mətbuat xidmətindən o da bildirilib ki, əməliyyatın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

***12:13

Bu dəqiqələrdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH)  binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilir.

RİH əməkdaşlarının virtualaz.org-a verdikləri məlumata görə, əməliyyat zamanı İcra Hakimiyyətinin bir sıra yüksək vəzifəli məmurları saxlanılıblar.

Aldığımız son məlumata görə, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirirlər.

Təfərrüatlar barədə məlumat daha sonra açıqlanacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar