Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

30 MİN MANATDAN YUXARI ƏMANƏTLƏR “BLOKLANIB” - "Əmanəti bloka düşənlər 24 min nəfərdir"

2-07-2020, 13:22   



Lisenziyaları ləğv edilmiş 4 bankın əmanətçilərinin problemləri həll olunmaq bilmir. Əksinə, onların bir qisminə yeni problemlər yaradılır.

“AzPolitika.info” xəbər verir ki, bir müddət öncəəmanətçilərin bir hissəsi Əmanətlərin Sığortalanması Fondunun (ADİF) “bu bankların əmanət qəbul etmək səlahiyyətinin olmaması” bəhanəsilə üz-üzə qaldıqlarını və bu səbəbdən pullarını geri ala bilmədiklərini bildiriblər. İndi isə ümumiyyətlə həmin banklardakı 30 min manatdan artıq məbləğdəəmanətlərə “blok qoyulduğu” məlum olub. Bu barədə Fed.az-a şikayət edən əmanətçilər ADİF-in özbaşınalıqlarından şikayət ediblər.

"Ata Bank"ın və "AG Bank"ın əmanətçisi İlqar Fərmanov əmanətlərinin qanuni şəkildə sığortalanmasına baxmayaraq, ADİF-in onun pulunu blokladığını bildirib: “Mən "Ata bank"ın və "AG bank"ın əmanətçisiyəm. "Ata bank" üzrə 30 mindən yuxarı məbləğlər 1 iyul tarixindən ödənilməli idi. Lakin 30 mindən yuxarı bütün əmanətlərə "BLOK" qoyulub. Mənim əmanətimin heç bir problemi yoxdur. Lakin əmanətim mənə qaytarılmır. Rəsmi açıqlama yoxdur. Sözdə "araşdırma gedir” cavabını verirlər. ADİF-də mənim kimi əmanətçi minlərlədir.

"AGBank"da isə bankin 2017-ci ildən əmanət götürə bilməməsini səbəb gətirərək onu da "BLOK"a qoyublar. Əmanətləri qaytarmamaq üçün hər vasitəyəəl atılır, bununla da bank sektoruna inamsızlıq yaranır... ”.

«Atabank»ın digər əmanətçisi Ayaz Nəsibovr: «8 aydır «Atabank»dan pulumuzu ala bilmirdik, indi də pulumuzu min bir bəhanə ilə qaytarmaq istəmirlər... ADİF-də bizimlə görüş keçirildi. Görüşdə söz verildi ki, iyulun 1-də bölgü məsələsi (yəni əmanətin bölünməsinə görə yaranan problem) həll olunacaq. Amma bu baş verməyib. Xatırladım ki, əmanəti bizim kmi bloka düşənlər 24 min nəfərdir.”

Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar