Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ayasofya - Muzeyi məscidə çevirmək istəyən Ərdoğan tənqidlərlə üzləşir

11-07-2020, 12:17   


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbulun keçmiş Yunan pravoslav kilsəsi, hazırda muzey olan Ayasofyanı məscidə çevirmək planları ilə əlaqədar artan tənqidlərlə qarşılaşır. Şərq xristianlığına aid olan ən böyük kilsə XV əsrdə Osmanlı fəthindən sonra məscidə, 1930-cu illərdə isə muzeyə çevrilib.
Ayasofya təxminən min il boyunca şərq xristianlığının ən böyük kilsəsi olub. Fatih Sultan Mehmetin 1453-cü ildə Konstantinopolu fəth etməsindən sonra Ayasofya dörd əsr boyunca məscid kimi fəaliyyət göstərib. 1920-ci illərdə Türkiyədəki başqa bir dəyişiklikdən sonra dünyəvi respublikanın qurucuları Ayasofyanı müasirliyin simvolu olaraq muzeyə çevirib.
İslam və Xristianlığın simvolları 80 ildən çoxdur ahəngdar şəkildə bu memarlıq möcüzəsinin daxilində bir yerdə var olub. İndi prezident Rəcəp Tayyib Ərdoğan onu yenidən məscidə çevirmək istəyir. O, hələ keçən il dindar və millətçi seçici bazasının çağırışlarına cavab olaraq bunu edəcəyini vəd etmişdi. "Onlar bir müddət əvvəl Ayasofyanı məsciddən muzeyə dəyişdilər. İnşallah, seçkilərdən sonra Ayasofyanı yenidən məscidə çevirəcəyik".
Keçən il minlərlə insan muzeyi yenidən məscidə çevirmək kampaniyası çərçivəsində Ayasofyanın önündə toplaşaraq, dua edib. Dəyişikliyi dəstəkləyən iki milyondan çox insan petisiyaya imza atıb.
Birlik Fondunun icraedici direktoru Mehmet Alacaşı: "Fatih Sultan Mehmetin vəsiyyəti və mirası Ayasofyanın məscid olması idi. O, Ayasofyanın məscid olmasını vəsiyyət etmişdi və biz də əcdadımızın bu mirasını və mülkünü geri qaytarmaq əzmindəyik."
Təhlilçilər Ərdoğanın COVID-19 pandemiyası dövründə iqtisadiyyatın tənəzzülə uğradığı və AKP partiyasının reytinqinin aşağı düşdüyü bir vaxt seçici bazasını möhkəmləndirmək istədiyini deyirlər. Təhlilçi İstar Gözaydın: “Bunun AKP-nin hazırda üzləşdiyi daxili problemlərlə əlaqəsi daha çoxdur. Onların Türkiyədəki gündəmi dəyişdirmək üzərində işləyəcəkləri yeni məsələ lazımdır."
Lakin bu, Ərdoğana baha başa gələ bilər... çünki 300 milyondan çox davacısı olan Konstantinopol Pravoslav Kilsəsinin yepiskopu I Varfolomey buna qarşı çıxır. "Ayasofyanın məscidə çevrilməsi dünyadakı milyonlarla xristianı hiddətləndirə bilər."
Türkiyə ilə bağlı maraqları fərqli olanlar belə bu məsələdə eyni fikirdədir: Həm Vaşinqton, həm də Moskva Ayasofyanın statusunun dəyişdirilməsinin əleyhinə xəbərdarlıq edib.
Daim Ərdoğanın iradəsinə boyun əyən Türkiyə hakimləri artıq muzeyin məscidə çevrilməsinin lehinə qərar verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar