Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrov Azərbaycan və Ermənistanı dərhal atəşi dayandırmağa çağırdı MOSKVADAN ULTİMATUM

13-07-2020, 18:12   


Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki vəziyyəti iki ölkə xarici işlər nazirləri ilə müzakirə edib.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, Lavrov tərəfləri “dərhal atəşi dayandırmağa” çağırıb.
“Azərbaycan-Ermənistan sərhədindəki situasiyanın kəskinləşməsi müzakirə olundu. Sergey Viktoroviç Lavrov tərəfləri dərhal atəşi dayandırmağa, təmkin nümayi etdirməyə və üzərlərinə götürdüyü öhdəlikləri, habelə Rusiya, ABŞ və Fransa nümayəndələrinin Minsk Qrupu həmsədrləri qismində irəli sürdüyü təklifləri nəzərə almağa çağırdı”,-Rusiya XİN-in Lavrovun Bakı və Yerevanla telefon danışıqlarının yekunlarına dair yaydığı bəyanatda deyilir.

Lavrov habelə qeyd edib ki, Rusiya Bakı və Yerevan arasında “həm özünün milli keyfiyyətində, həm ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində” öz vasitəçilik missiyasını həyata keçirməkdə davam edəcək.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar