Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq ‘niyyəti yoxdur’

18-01-2021, 16:42   


Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs bəyanatında Dağlıq Qarabağın statusuna toxunulmur. Lavrov deyib ki, status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib
Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq ‘niyyəti yoxdur’. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də illik mətbuat konfransında deyib.
Nazir Dağlıq Qarabağın statusunun Ermənistan daxil olmaqla heç kəs tərəfindən tanınmadığını vurğulayıb. “Bizim ümumiyyətlə belə fikrimiz yoxdur. Biz bu məsələlərin ölkələr tərəfindən, ilk növbədə Ermənistan və Azərbaycan tərəfdən həll olunmalı olduğunu düşünürük”, – Lavrov jurnalistin sualını belə cavablandırıb.
O, Moskvanın regionda sülhü və sabitliyi təmin edəcək həll variantına töhfə verməyə hazır olduğunu vurğulayıb.


Ötən il noyabrın 9-da imzalanmış atəşkəs bəyanatına görə Azərbaycanla Ermənistan öz mövqelərində qalıblar, təmas xəttinə Rusiya hərbi kontingenti yerləşdirilib. Azərbaycan 44 günlük müharibə nəticəsində 7 rayonuna və Qarabağın bir hissəsinə nəzarəti geri ala bilib.
Status məsələsi
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs bəyanatında Dağlıq Qarabağın statusuna toxunulmur. Lavrov deyib ki, status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib.
Onun sözlərinə görə, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olmalıdır və onlar bu yaxınlarda regiona təkrar səfər edəcəklər. Sonuncu səfər ötən dekabrda həyata keçirilmişdi.


Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Qarabağ müharibəsi bitəndən sonra dəfələrlə Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, status məsələsinin gündəmdə olmadığını vurğulayıb. Ancaq Ermənistan rəsmiləri statusun müəyyənləşdilməsinin vacibliyindən danışırlar.
“Ermənistan rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi yəqin ki, gərginlik yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar”. Bunu isə Lavrov “APA”nın Moskva müxbirinin sualına cavabında deyib. Nazir deyib ki, indi diqqət Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına yönəldilir: “Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərdən biri idi. Ümid edirəm ki, emosiyalar indi ikinci plana keçirilməlidir. İndi həm də Dağlıq Qarabağın statusunun prioritet məsələ kimi irəli sürülməsi üçün uyğun vaxt deyil. Sizə zəmanət verirəm ki, Rusiya sülhməramlılarının cavabdehlik daşıdığı zona, praktiki planda məhz Dağlıq Qarabağın statusu hazırda bu cür müəyyən olunub. Bu forma həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını təmin edəcək”.
Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar. Bəyanat regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar