Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəblərə qayıdışda nələrə diqqət yetirilməlidir? - ÜST açıqladı

1-09-2020, 13:37   


Məktəblərə qayıdışda nələrə diqqət yetirilməlidir? - ÜST açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Bölgəsi ölkələri üçün koronavirus pandemiyası ərzində məktəblərə təhlükəsiz qayıdışla bağlı tövsiyələrini açıqlayıb.
Publika.az xəbər verir ki, İtaliyanın Səhiyyə naziri Roberto Speranza və ÜST-ün Avropa regionu üzrə direktoru Hans Henri Kluqenin ev sahibliyi etdiyi, üzv dövlətlərdən yüksək vəzifəli şəxslərin qatıldığı toplantıdan sonra yazılı açıqlama yayımlanıb.
Pandemiyanın 190-dan çox ölkədə 1,6 milyard şagirdə təsir göstərdiyi və tarixdə təhsil sistemindəki ən böyük zərərə yol açdığı bildirilən açıqlamada ölkələrin tədris ilinə necə başlayacağını kəşf etmələrinin vacibliyi vurğulanıb.
Üzv ölkələrin məktəblərdə risk faktorunu azaltmağa dair tövsiyə kontekstindəki 4 maddə üzərində razılığa gəldiyi bəyan edilib. Əl gigiyenası, sosial məsafə, maskadan istifadə kimi tədbirlər və infeksiya daşıyıcısı olan uşaqların evdə qalmasının COVID-19 gerçəkliyində təhlükəsiz təhsilin təməli olduğu bildirilib.
Əlavə olaraq, xüsusi qayğıya ehtiyacı olan və risk altındakı uşaqlar, həmçinin, şiddətli infeksiyaya qarşı müdafiəsiz şəraitdəki təlimçilər üçün xüsusi siyasətin tətbiq edilməsinin vacibliyi qeyd edilib.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar