Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya "Avroviziya-2014" müsabiqəsindən uzaqlaşdırıla bilər

20-04-2014, 03:23   
Rusiya "Avroviziya-2014" müsabiqəsindən uzaqlaşdırıla bilər
Rusiya mayda Kopenhagendə keçiriləcək “Avroviziya” yarışmasından uzaqlaşdırıla bilər. anaxeber.info-ın məlumatına görə, buna səbəb Rusiyanın Krımı işğal etməsidir. Belə ki, Krımın ilhaqı Rusiyanı skandalla üz-üzə qoya bilər Yarışma iştirakçılarından olan Tolmaçova bacılarının “Shine” adlı mahnısında londonlu jurnalist Uilyam Li Adams müzakirə üçün yeni mövzu tapıb. Mahnının sözlərində Ukrayna- Rusiya münasibətlərinə toxunulub.
İngilis jurnalistin sözlərinə görə, mahnıda Krım haqqımda sətir var. Məhz ikinci bəndin cümləsində, “Living on the edge, closer to the crime - cross the line a step at a time” cümləsində “the crime” (cinayət) sözü Rusiyaya birləşdirilən yarımada “Crimea” (Krım) kimi səslənir.
Belə olduqda Adams, mahnının “Rusiyadan Krıma üstüörtülü sevgi məktubu” olduğuna inanır. O, mahnının hər bir sətrini çözələyir və Putinin yarımadanı birləşmədirməsinə dair gizli mənalı illuziyaları tapır.
Rusiya mətbuatına görə, yarışmanın çoxsaylı pərəstişkarları və musiqi tənqidçiləri Adamsı təstəkləyib və təşkilati komitəni Rusiyanı musiqi yarışmasından uzaqlaşdırmağa çağırır. Komitə isə buna fikir verməyib.
Mahnının ifaçıları bildirib ki, siyasət onları maraqlandırmır: “Oy, daha nələr danışmırlar ki?! Biz guya orda “Moskva, mən zülm etmək istəmirdim”. İnsanlar özlərindən uydururlar, ona görə də belə alınır”.
Xatırladaq ki, 59-cu mahnı yarışması Danimarkada, mayın6-dan 10-a kimi keçiriləcək.
[media=http://www.youtube.com/watch?v=MPI7AnD_QS8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar