Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Brilliantdan Tolikə cavab gəldi: "Mənə siçandan, siçovuldan sual verirsiz"

3-05-2014, 13:42   
Brilliantdan Tolikə cavab gəldi: "Mənə siçandan, siçovuldan sual verirsiz"
Brilliant Dadaşova “ATV maqazin” də ona söz atanları siçovul adlandırıb
ATV kanalında yayımlanan “Gündəlik” verilişində Tolikin Brilliant Dadaşova haqqında odlu-alovlu çıxışına sənətçidən cavab gecikməyib.

“ATV Maqazin”in kamerasına tuş gələn sənətçi haqqında edilən açıqlamaların onun üçün önəmsiz olduğunu vurğulayıb.

“Mən 15 il deyil, 21 ildir ki, Türkiyə mediasında görünürəm. Fəxr edirəm ki, yarım ildən çoxdur ki, Türkiyədə proqram aparıcısı olmuşam, qızıl fondda səsim var. Mən başqaları kimi pul vermirəm ki, mənə albom çıxarın. Mənə pul verirlər ki, gəl efirə çıx, albom hazırla.”

Müğənni Tolikin bu addımı atmasında başqalarınını əlinin olduğunu düşünür:

"Bir insan adının mənim adımın yanında hallanmasını istəyirsə, bunu dolayı yolla edir. Normal bir haldır. Çox sevincliyəm, çünki 27 illik yaradıcılıq tarixində Rauf Abdullayevlə birgə simfonik orkestrlə çıxış edəcəyəm. Siz də mənə siçandan, siçovuldan sual verirsiz".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar