Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Makron özündən çıxdı: “Türklər Qarabağda olmamalıdır” – Fransız böhtanı

21-11-2020, 20:54   

1994-cü ildən bəri gərginlik və ara-sıra qarşıdurmaların yaşandığı Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında danışıqlar aparmaq üçün yaradılan Minsk Qrupu prosesdən kənarda qaldı. Rusiya ilə birlikdə Fransa və ABŞ da Minsk Qrupunun həmsədridir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.
Mənbə ABŞ və Fransadan fərqli olaraq, Türkiyənin həm diplomatik, həm də hərbi sahədə olduğunu bildirib. Sayt Türkiyənin prosesdə yer almasının ən çox Fransanı narahat etdiyini qeyd edib:
“Fransa Prezidenti Emmanuel Makron Minsk Qrupunun işə başlamasını və beynəlxalq müşahidəçi qüvvələrin Dağlıq Qarabağda yer almasını və gələcəkdə qalıcı həll üçün danışıqlardan kənarda qalmamasını istəyir. Makronun Ermənistan Baş Naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarının ardınca rəsmi Parisdən açıqlama verilib.
Açıqlamada bildirilib ki, münaqişənin sona çatması ilə Dağlıq Qarabağdakı əhalini qorumaq və son həftələrdə evlərini tərk etmiş on minlərlə insanın təhlükəsiz qayıtmasını təmin etmək və müzakirələrə başlamaq lazımdır”.
“Röyter”ə danışan Fransa Prezident Aparatının bir rəsmisi Parisin bölgədə beynəlxalq müşahidə qüvvəsinin yaradılmasına təkan verdiyini və bununla da döyüşlər davam edərkən Dağlıq Qarabağı tərk etmiş erməni əhalisinin etibarlı qayıtmasını təmin edəcəyini və danışıqlar masasında olacağına ümid etdiyini söyləyib. O, İranın iştirakı ilə Suriyada həll yolu üçün yaradılan Rusiya və Türkiyə arasındakı Astana formatlarını xatırladıb: “Rusların türklərlə birlikdə atəşkəsə nəzarət etmək üçün yeni format yaratmaq istəyini anlayırıq, amma bunun baş verməsini istəmirik. Bu, bölgədə yeni Astana prosesinin təkrarlanması deməkdir. Bir tərəfdə Minsk Qrupu, digər tərəfdə Astana olmayacaq. Ruslar seçim etməlidir”.
Makron Türkiyənin altı həftəyə qədər davam edən qarşıdurmada Azərbaycana verdiyi dəstəyi tənqid edərək, Dağlıq Qarabağa “cihadçı” göndərmək yalanını irəli sürüb, “müharibəyə qarışdı” deyərək böhtan atıb. Rəsmi Ankara isə Minsk Qrupunu 26 ildir problemə həll tapmadığı üçün tənqid edib, habelə Fransanın işğalçının yanında durduğunu bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar